Məşhur tablo oğurlanıb.
Oxu.Az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, söhbət italyan rəssam Giorgio de Çiriçonun tablosundan gedir.
1926-cı ilə aid “Avtoportretlə kompozisiya” adlı tablo Fransadakı bir muzeydə oğurlanıb.
Xatırladaq ki, bu tablonu mütəxəssislər “dəyəri ölçülməz” hesab edirlər.