Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“Dünyanın ən seksual kişisi” koronavirusa yoluxdu - VİDEO
Britaniyalı aktyor İdris Elbada koronovirus aşkarlanıb.
“Daily Mail”in məlumatına görə, Hollivud ulduzu bu barədə özünün “Twitter” səhifəsində məlumat verib.
O, xəstəliyin simptomlarının olmamasına baxmayaraq, hazırda təcriddə olduğunu deyib.
Qeyd edək ki, britaniyalı kino aktyor “28 həftə sonra” (2007), “RoknRolla” (2008), “Götürücülər” (2010), “Kabus yarışçı 2: İntiqam atəşi”, “Prometey” (2012) və “Tor” trilogiyası (2011, 2013, 2017) kimi filmlərdən sonra daha çox məşhurluq qazanıb.
“Lüter” serialındakı roluna görə isə o, “Qızıl Qlobus” və “Emmi” mükafatına layiq görülüb.
2018-ci ildə Elba “People” jurnalının versiyasına görə, “dünyanın ən seksual kişisi” kimi tanınmışdı.
Rəylər