Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Əməkdar artist bibisi Zeynəb Xanlarova ilə münasibətlərindən DANIŞDI
Əməkdar artist Mehriban Xanlarova verilişlərin birində bibisi, Xalq artisti Zeynəb Xanlarova ilə münasibətləri barədə danışıb.
Lent.az-ın məlumatına görə, o böyük bacısı ilə birlikdə Zeynəb Xanlarovanın evində yaşadığını deyib.
“Üçüncü sinifdə oxuyanda böyük bacımla birlikdə Zeynəb Xanlarovanın yanında qalırdıq. Atam-anam lal-kar olduğuna görə evimizdə lal dilində danışılırdı. Mən heç nə başa düşmürdüm. Kimsə nəsə deyəndə gərək, işarə ilə göstərərdi. Bir müddət bizə onun evində baxdılar.
Bəlkə bununla atama kömək edirdi. Bütün xərclərimizi ödəyirdi. Evdə çalışanlar olsa da, bacımla mən də iş görürdük. Evi sadə idi. Səkkizinci sinifdə oxuyanda onun yanından getdim”, - deyə o bildirib.
Aktrisa daha Zeynəb Xanlarova ilə görüşə bilmədiyini söyləyib:
“Əlçatmaz ulduzdur. Gedir xaricə, gəlir. Hamı onu necə görürsə, mən də elə. Çox az görürəm”.
"Zeynəb Xanlarova" teqi üzrə xəbərlər
- Ceyran Haşımova: "Mən müəllim idim, Zeynəb Xanlarova isə tələbə, amma indi məni heç yada salmır"
- Mirzə Babayevin nəvəsi: "Brilliant Dadaşova babamdan istifadə edirdi"
- Bakıxanovların 93 yaşlı nümayəndəsi: "Dedilər, evinizdən İran şahının məktubları çıxıb"
- Ruha və qəlbə toxunan mahnılar: İllər keçsə də, sevilən bəstəkarın ahəngi qulaqlardan silinmir
- Ali Məhkəmə Zeynəb Xanlarovanın qohumunun şikayətini təmin etmədi
Rəylər