Dövlət Musiqili Teatrın aktyoru, əməkdar artist Novruz Qartal cərrahiyyə əməliyyatı keçirilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, o, piy vəzisi şişindən əməliyyat olunub:
“Belimdə şişin olmasından uzun müddət xəbərim olmayıb, ağrılarım yaranandan sonra həkim təcili əməliyyata götürdü. Hazırda özümü normal hiss edirəm. Həkimlər dedi ki, bir az geciksəydim, çirk qana keçəcəkdi. Bunun fəsadı çox pis ola bilərdi”.
N.Qartal əlavə edib ki, yeni teatr mövsümündən iş başında olacaq.