Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Gənc Tamaşaçılar Teatrından yeni layihə: “Hasarın o üzü” – Foto
Gənc Tamaşaçılar Teatrı xalq artisti Həmidə Ömərova və Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Nurəddin Mehdixanlının iştirakı ilə yeni tamaşanın təqdimatına hazırlaşır.
Dramaturq Əli Əmirlinin “Hasarın o üzü” adlı pyesi əsasında son məşqləri gedən eyniadlı tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.
Oxu.az “Milli.Az” saytına istinadən xəbər veirir ki, tamaşa bir ailə daxilində dinə ikili münasibətdən bəhs edən kəskin konfliktli, iti süjetli səhnə versiyası olaraq düşünülmüşdür. Ailə üzvləri bir-biri ilə kəskin və amansız mübarizəyə qoşulurlar. Dinə baxış, insan mənəviyyatı, əxlaq prinsipləri, milli mentalitet və cəmiyyətin bu dəyərlərə münasibəti bir ailə çərçivəsində bütün kəskinliyi ilə bədii obrazlar vasitəsilə önə çəkilir.
Yeni səhnə əsərinin quruluşçu rəssamı əməkdar rəssam İsmayıl Məmmədov, bəstəkarı xalq artisti Səyavuş Kərimidir. Rolları xalq artistləri Həmidə Ömərova (Humay), Nurəddin Mehdixanlı (Qərib), teatrın gənc aktrisaları Günel Məmmədova, Şəbnəm Hüseynova, Asya Atakişiyeva və Səbinə Məmmədova ifa edəcəklər.
Tamaşanın premyerası bu il dekabr ayının 21 və 22-də baş tutacaq.