Bu yaxınlarda Azərbaycanın Gəncə şəhərində Dramatik teatr üçün yeni bina tikiləcək.
Oxu.Az Vzqlyad.Az-a istinadən xəbər verir ki, bu barədə məşhur rejissor Vaqif Şərifovun 70 illik yubileyinə həsr edilmiş tədbir zamanı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev deyib.
“Teatrın indiki binası keçən əsrin 30-cu illərində tikilib və artıq müasir tələblərə cavab vermir, bu səbəbdən də yeni bina tikmək qərara alınıb”, - E.Vəliyev bəyan edib.