Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Günay Rəhimova: "Dublyaj sənayesi ilə bağlı hazırda qanunvericilik layihəsi üzərində işləyirik"
"Dövlət tərəfindən təmin edilmiş təqaüd proqramları çərçivəsində ötən il 20-dən çox tələbənin xarici ölkələrdə Mədəniyyət Nazirliyinin xətti ilə müxtəlif ixtisaslar üzrə təhsil alması proqramı artıq reallaşıb. Onlardan səkkiz nəfəri dünyanın nüfuzlu kino məktəblərində təhsil alır".
Oxu.Az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Mədəniyyət Nazirliyinin film, video və videooyunlar sektorunun müdiri Günay Rəhimova deyib.
O qeyd edib ki, 2023-24-cü illər ərzində filmlərin istehsalına 15 milyon manata yaxın vəsait ayrılıb:
"Dublyaj sənayesi ilə bağlı hazırda qanunvericilik layihəsi üzərində işləyirik. Dövlət tərəfindən dublyaj studiyalarına subsidiyalar, qrantlar verilməsi ilə bağlı çalışırıq. Həmçinin dublyaj üzrə kadr çatışmazlığı var. Bununla əlaqədar da nazirlik təqaüd proqramı çərçivəsində xaricdə kadrların yetişdirilməsini nəzərdə tutub".
Məhərrəm Əliyev
"Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi" teqi üzrə xəbərlər
- Rəşad Əzizov: "Film sahəsində 10 milyonlardan söhbət gedirsə, biz də bu rəqəmlərə uyğunlaşmalıyıq"
- Azər Aydəmirdən nazirliyə təklif: Azərbaycan kinosunda İNQİLAB OLACAQ?
- Bu gün Milli Teatr Günüdür
- Azərbaycan Memarlar İttifaqı VII Bakı Beynəlxalq Memarlıq Müsabiqəsini elan edib
- Mədəniyyət Nazirliyinin tabeliyindəki qurumların siyahısında DƏYİŞİKLİK EDİLDİ