Novruz bayramı münasibəti ilə martın 25 –də Heydər Əliyev Sarayında açıq qapı günü keçiriləcək.
Sarayın mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, “Xoş gəlmisən, Novruzum” adlı bayram konsertinə giriş sərbəst olacaq.
Bayram konsertində Respublikanın əməkdar artistləri Teyyub Aslanov, Gövhər Rzayeva (qarmon), Səlim Abbasov (skripka), populyar müğənnilər Samir Piriyev, Günay İbrahimli, Vasif Məhərrəmli, Nazim, Mirkamil Kamilov, Gülay Qədirova, Rəşad İlyasov, Nicat Cəfərzadə, Əbdülxalid, Amil Həsənoğlu, Aslan Hüseynov, Solmaz Kosayeva (aşıq), Şəhla Həmidova, Yaşar Cəlilov, Elcan Rzayev, Səidə Dadaşova və “Dostlar qrupu”, “Komedi az”, "Kolorit” rəqs qrupu iştirak edəcəklər.
Konsert saat 19:00 –da başlayacaq.
Açıq qapı günü şəhər və rayon Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri cəmiyyətləri, 20 Yanvar şəhidlərinin ailə üzvləri, uşaq evlərinin, kimsəsiz, əlil, qüsurlu, Daun sindromlu uşaq cəmiyyətlərinin sakinləri üçün nəzərdə tutulub.
Əlaqə telefonu: (012) 441-21-31.
Aytən Sadıqzadə