“28 Cinema” kinoteatrında oktyabr ayının 30-dan etibarən “28 Mall”da yerləşən yeni türk restoranı olan “Köftəci”nin baş sponsorluğu və LG G3 mobil telefonunun sponsorluğu ilə Türkiyə istehsalı “İncir Reçeli 2” filminin nümayişlərinə başlanılıb.
Oxu.Az xəbər verir ki, filmin ikinci hissəsinin nümayişinə bir həftə qalmış, kinoteatrda biletlər artıq ilk günlərdən alınıb.
Film iki insanın təsadüfi görüş nəticəsində valehedici sevgisindən bəhs edir. Film romantik ssenari üzərində qurulub. Bir qədər sadəlövh və bir az da fantastik romanı xatırladır. Ekran əsəri 2011-ci ildə işıq üzü görüb və filmi bütün dünyada üç milyona yaxın insan izləyib. Güman olunur ki, ikinci hissə rekord vuracaq. Filmin rejissoru Aytac Ağırlar, rollarda isə Halil Sezai Paracıqoğlu, Şafak Pekdemir və Sinan Çalışqanoğlu kimi məşhur türk aktyorları çəkilib.
Daha ətraflı məlumatı və biletləri onlayn olaraq kinoteatrın http://www.28cinema.az/ saytından əldə etmək olar. Tələsin, çünki yerlər məhduddur.
Aytən Sadıqzadə