Kafkanın romanından bina tikdilər.
Oxu.az Kulis.az-a istinadən xəbər verir ki, İspaniyanın Barselona şəhərində yerləşən bu bina Kafkanın “Məhkəmə” romanından təsirlənərək inşa edilib.
“Kafka Castle” adlı bina dünyaca məşhurdur. İspaniyaya gələn və xüsusilə Kafkanı sevən oxucular mütləq bu tikili ilə tanış olurlar.
Tikili 1968-ci ildə tamamlanıb. “Kafka Castle”nin bir başqa adı “Məhkəmə”dir. İspaniya tikililərindən çox fərqlənən bu bina baxanları heyran qoyur.
“Kafka Castle” 90 mənzildən ibarət binadır. İçində hovuz, sauna, bar və restoranlar da yer alır.

E.C.
www.oxu.az