14-25 may tarixlərində keçiriləcək 67-ci Kann kinofestivalının münsiflər heyətinə daxil olan kinematoqrafçıların adları məlum olub.
Oxu.Az xəbər verir ki, Sofiya Koppola, Uillyem Defo, Nikolas Vindinq Refn, Qael Qarsiya Bernal, Tszya Çjanke, Karol Buke, Çon Do En və Leyla Hatəmi Kanndan kimin mükafatla gedəcəyini müəyyən edəcəklər.
Xatırladaq ki, bu il münsiflər heyətinə Ceyn Kempion rəhbərlik edəcək. O, “Qızıl Palma Budağı”na layiq görülən yeganə qadın-rejissordur. Festival Nikol Kidmanın baş rolu ifa etdiyi Olivye Daanın “Monako şahzadəsi” filmi ilə start götürür.