Türkiyənin məşhur aktyorları - Burak Özçivit, Neslihan Atagül və Kaan Urgancıoğlunun baş rol aldığı “Kara sevda” serialı dünyanın ən nüfuzlu mükafatlarından biri olan “Emmi” mükafatını qazanmaq üçün finala yüksələn ilk türk serialı olub.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, ekran əsəri “Ən yaxşı serial” nominasiyasında namizəd olan dörd serialdan biridir.
“Emmi” mükafatının təqdimetmə mərsimi bu il, noyabrın 20-də Nyu-Yorkda keçiriləcək.
“Emmi” - Amerikada televiziya sahəsində təqdim edilən mükafatdır. “Oskar” (kino sahəsində) “Qremmi” (musiqi sahəsində) və “Toni” (teatr sahəsində) mükafatlarının televiziya ekvivalenti hesab edilir.
Aytən Sadıqzadə
www.oxu.az
Rəylər