Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Karyerası məhv olan Hollivud ulduzu qalmaqallardan sonra ilk filmə çəkilir - FOTO
2017-ci ildə cinsi təcavüz iddialarından sonra karyerası məhv olan amerikalı aktyor Kevin Speysi Turin şəhərində italiyan rejissor Franko Neronun “L'uomo che disegnò Dio” (“Allahın şəklini çəkən insan”) filmində çəkilişlərə başlayıb.
Bu barədə “La Repubblica" qəzeti xəbər yayıb.
Nəşr həmçinin Speysinin Turinin tarixi kafelərindən birində bir neçə fotoşəklini yayımlayıb.
Bundan əvvəl Neronun Hollivud ulduzunu yeni filmində rol almağa dəvət etdiyi bildirilmişdi.
“Kevinin razılaşdığına görə xoşbəxtəm. Onu görkəmli bir aktyor hesab edirəm və işə başlamağı səbirsizliklə gözləyirəm”, - deyə rejissor bildirib.
Filmdə həmçinin məşhur italyan aktyorları Stefaniya Rokko və Massimo Ranyeri iştirak edəcək. Bundan əlavə, britaniyalı aktrisa Vanessa Redgrayv kiçik bir rol oynamalıdır.
Bu il 80 yaşı tamam olacaq Neronun özü, filmində yetkinlik yaşına çatmayanlara cinsi təcavüz etməkdə haqsız olaraq şübhəli bilinən bir kor rolunu oynayacaq.
Son dörd ildə Speysi 15 adama qarşı təcavüzdə günahlandırılıb, lakin heç kim günahkar olduğunu sübut edə bilməyib və məhkəmə işləri bağlanıb.
Buna baxmayaraq ittihamlar onun karyerasına təsir edib, qalmaqallar fonunda aktyor “Frank Andervud” rolunu oynadığı “House of Cards” serialının çəkilişindən uzaqlaşdırılmış, “All the Money in the World” filmindəki rolu isə Kristofer Plammerə həvalə olunmuşdu.
İki dəfə “Oscar” mükafatına layiq olan aktyor özü ona qarşı irəli sürülən bütün ittihamları qəti şəkildə rədd edir.
Rəylər