“Tenderlər kino sahəsində çalışan yaradıcı insanlara maneələr törədir”.
Oxu.Az xəbər verir ki, bunu “Azərbaycan Kinosu - 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda Kino Forumu çərçivəsində “Biznes. Kino və digər audiovizual əsərlərin maliyyələşməsinin prinsip və mexanizmləri” panelində kinorejissor Emil Quliyev deyib.
O, tenderlərin ləğv edilməsi təklifinə dəstək olub:
“Tenderlər və əlavə dəyər vergisi bir müddətlik ləğv olunmalıdır. Yaradıcı insanlar yaranan fikirlərini dərhal icra etmək istəyirlər. Buna can atırlar. Amma tender məsələsi əksər hallarda bu prosesi ləngidir”.
Nəzrin Vahid