Almaniyanın paytaxtı Berlində Türkiyə istehsalı olan “Kurtlar vadisi vatan” filminin təqdimat mərasimi keçirilib.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, mərasimdə aktyor Necati Şaşmaz “Kurtlar vadisi” serialının başqa adla yenidən ekrana qayıdacağını bildirib.
“Kurtlar vadisi” serialı geri qayıdacaq. Amma adını dəyişdirirəm. Yeni serial “Kurtlar vadisi xaos” adlanacaq”, - deyə o qeyd edib.
A.S.
www.oxu.az