Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
:1200.jpg)
Mədəniyyət Nazirliyi Alagöz Salahovanın vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət Nazirliyi rəssam, aktrisa Alagöz Salahovanın vəfatı ilə bağlı nekroloq yayıb.
Nekroloqda sənətçinin həm rəssamlıq, həm də kinematoqrafiya sahəsindəki fəaliyyətinə toxunulub.
Xatırladaq ki, Alagöz Salahova dünən gecə saatlarında 70 yaşında vəfat edib.
O, Xalq rəssamı Tahir Salahovun qızıdır.
Alagöz Salahova, həmçinin atası Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsinin də ideya müəllifi olub. Abidənin gələn ilin əvvəllərinə hazır olacağı təxmin edilirdi.
Alagöz Tahir qızı Salahova 1953-cü ildə Moskva şəhərində anadan olub. Rəssamlıqla məşğul olmaqla yanaşı, Dantenin yubleyi (1978) filmində Sevil, Özgə ömür (1987) filmində Tamilla, Bağlı qapı filmində (1981) Rəna obrazlarını canlandırıb.
Alagöz Salahova 19 sentyabr 2023-cü ildə vəfat edib.
"Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi" teqi üzrə xəbərlər
- "Pir Hüseyn Xanəgahı" və Zaqatala Tarix-Mədəniyyət Qoruqlarının əsasnamələri təsdiqlənib
- Dövlət Xidməti "Sovetski"dəki tarixi binanın sökülməsi məsələsinə münasibət bildirib
- Pekində Azərbaycan-Çin sənədləri imzalanıb
- Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir
- Nazir müşaviri təyin olunan Orxan Fikrətoğlu köhnə vəzifəsində də qalacaq?