Azərbaycanın premium kinoteatrı “CinemaPlus” kult olan amerikalı rejissor Kventin Tarantinonun “Mənfur Səkkizlik” filminin qapalı premyera öncəsi nümayişini keçirəcək.
Oxu.Az xəbər verir ki, filmdə baş rolları Kurt Rassel, Samuel L. Cekson, Tim Rot, Cenifer Ceyson və başqaları oynayıb.
Ekran əsərində hadisələr vətəndaş müharibəsindən sonra cərəyan edir. Əfsanəvi cinayətkar ovçusu Asan ləqəbli Con Rut məhbusu müşayiət edir. Yolda onlara daha bir ovçu qoşulur. Qar tufanı hər üçünü kənddən kənarda dükanda sığınacaq axtarmağa məcbur edir, harada ki, artıq çox qarışıq bir dəstə yerləşib: general, şerif, meksikalı, fransız və kovboy. Onlardan biri isə kimliyini olduğu kimi təqdim etmir.
Tədbirdə qonaqları “Vəhşi Qərb” üslubunda sürpriz gözləyir. Tədbirə iri təşkilatların sahibkarları, şou biznes ulduzları, məşhur jurnalistər və bloqqerlər dəvət olunub. Tədbir 6 yanvar saat 19:00-da başlayır.
“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.
“CinemaPlus” Azadlıq prospekti 45 ünvanında, 28 Mall Ticarət Mərkəzinin 5-ci mərtəbəsində yerləşir.
Qeyd edək ki, keçən ay Azərbaycanın premium kinoteatrı “28 Cinema”nın adı dəyişdirilərək “CinemaPlus” adlandırılıb.

Aytən Sadıqzadə
www.oxu.az