Rusiyanın məşhur aktyoru, Xalq artisti Oleq Anofriev dünyasını dəyişib.
Oxu.Az xəbər verir ki, bu barədə aktyor Aleksandr Oleşko “Instagram” hesabında məlumat verib.
Qeyd edək ki, 87 yaşında vəfat edən Anofriev “Al qırmızı yelkənlər”, “Kisədəki pişik”, “Birinci reys”, “Gözlənilmədən” kimi filmlərə çəkilib. O, bir sıra cizgi filmlərində müxtəlif obrazları səsləndirib.
Pərviz Hüseyn
www.oxu.az