Türkiyənin məşhur rejissoru Osman Sınav Azərbaycana gələcəyi barədə açıqlama verib.
Oxu.Az show.az-a istinadla bildirir ki, “Kurtlar vadisi”, “Acı hayat” və s. məşhur serialların müəllifi serialların filmlərdən daha çox izlənildiyini söyləyib:
“Serial Uzaq Şərqdə, Azərbaycanda və digər bölgələrdə daha çox izlənilir, nəinki film. Buna görə də serial çəkmək bizim üçün daha sərfəlidir”.
Hazırda “Qızıl alma” serialının çəkilişləri ilə məşğul olan rejissor Azərbaycana səfər edəcəyini söyləyib:
“Filmin bir hissəsi Azərbaycanda çəkiləcək. Ssenariyə uyğun olaraq, tarixi filmdə hədəfi ifadə edən “Qızıl alma” həm də Azərbaycan ərazisidir”.