Ötən dəfə yeni “KinoSınaq” layihəsinin “Mən Hollivud ulduzuyam” bölməsinin ilk qonağı müğənni Aygün Rəhimova məşhur “Leon” filmindəki “Matilda” obrazını yaratdı.
Oxu.Az xəbər verir ki, “KinoSınaq” sizə müxtəlif bölmələr altında silsilə fotosessiyalar təqdim edəcək.
Bu dəfə isə toyuna sayılı günlər qalan model Minarə Allahverdiyeva dünyaca məşhur italiyalı aktrisa Sofi Lorenin gənclik illərində müxtəlif filmlərdə yaratdığı obrazları fotokameramız qarşısında canlandırdı.
Çəkilişə göstərdiyi köməyə görə “La Studio Beauty Salon”un rəhbərliyi Firuzə Ağayeva və Xanım Həsənovaya təşəkkür edirik. Vizaj üçün Nərgiz xanıma, saça görə isə Ulya xanıma minnətdarlığımızı bildiririk. Ünvan: Elmlər akademiyası ms-sı, H.Cavid pr. 55866 .Əlaqə nömrələri: (050) 240 41 48, (012) 510 81 30
Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev
www.oxu.az