Müğənni Şakiranın vəkili Pau Molins “Barselona”nın keçmiş futbolçusu Jerar Pike ilə münasibəti zamanı müvəkkilinin xərclərindən danışıb.
“Şakiranın əyləncəsi ona 120 milyon avroya başa gəlib. Əgər o, Serxio Ramosa aşiq olsaydı, bu, ona daha ucuz başa gələrdi.
Deyirlər ki, bütün ispanlar bərabərdir. Lakin belə çıxır ki, Kataloniyada yaşayırsansa, Madriddə tutulmayacağın cinayətə görə həbsxanaya düşə bilərsən. Çünki Madriddə sərvət vergisi yoxdur”, - deyə Molins bildirib.
Qeyd edək ki, Şakira və Pike 2010-cu ildə görüşməyə başlayıblar. İki il sonra onların ilk övladları Milan, daha iki ildən sonra isə ikinci oğulları Saşa dünyaya gəlib. 2022-ci ilin yayında müğənni xəyanətə görə futbolçunu tərk edib. Boşandıqdan dərhal sonra Pike Klara Çia ilə münasibətini daha heç kimdən gizlətməyib. Çia futbolçudan 12 yaş kiçikdir.
Mənbə: gazeta.ru
Rəylər