Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Naxçıvan Dövlət Kukla Teatrına yeni direktor TƏYİNATI
Naxçıvan Dövlət Kukla Teatrının direktoru vəzifəsinə təyinat olub.
Oxu.Az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidovun müvafiq əmri ilə Səyyad Çapay oğlu Məmmədov Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının direktoru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Səyyad Məmmədov bu təyinatadək Naxçıvan Dövlət Milli Dram Teatrında aktyor kimi çalışıb.
Həmçinin o, müstəqil "Yeni Era" Uşaq və Gənclər Teatrının təsisçisi və direktorudur.