Mayın 23-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi Üzeyir Hacıbəylinin dünyaca məşhur “O olmasın, bu olsun” iki hissəli musiqili komediyası 60-cı dəfə nümayiş olunacaq.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin “ZİRVƏ” Mükafatına layiq görülmüş möhtəşəm tamaşa Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli Cənnət Səlimovanın quruluşunda səhnəyə qoyulub. İllərdir səhnədən düşməyən bu komediya hər dəfə böyük maraqla izlənilir, rəğbətlə qarşılanır.
Tamaşada baş rollarda Azərbaycanın əməkdar artistlərı Şövqi Hüseynov, Novruz Qartal və Əzizağa Əzizov çıxış edirlər.