Dünən tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə “Planet Parni iz Baku” KVN Teatrının Cəlil Məmmədquluzadəninin məşhur “Ölülər” əsərinin əsasında çəkdiyi “Ölülər XXI əsr” filminin təqdimat mərasimi olub.
Filmin ssenari müəllifləri Tahir İmanov, Ələkbər Əliyev, Mütəllim Həsənov, Anar Ömərov, Məmmədəli Kazımov, quruluşçu rejissoru Şuşa, quruluşçu operatoru Saulius Lukaşeviçius (Litva), bəstəkarı Faiq Sücəddinovdur. Mahnıların söz müəllifi Baba Vəziroğludur.
Filmdə Xalq artisti Valeh Kərimov, Əməkdar artistlər - Tahir İmanov, Cabir İmanov, Dilarə Əliyeva, Bəhram Bağırzadə, Rövşən Kərimduxt, Elnar Qarayev və digər məşhur aktyorlar rol alıb.
Bu film obrazların simasında dırnaqarası həkimlərdən, müəllimlərdən uzaq olmağa, onların qol-qanad açmasına imkan verməməsinə, ümumiyyətlə, savadsızlığa qarşı mübarizəyə çağırışdır.
Film bu gündən, 22 sentyabrdan etibarən bütün kinoteatrlarda nümayiş olunacaq.
Səbinə Səmidxan
www.oxu.az