Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Ömər Eldarov mükafata layiq görüldü
Azərbaycanın Xalq Rəssamı Ömər Eldarov “Birlik ulduzları-2014” mükafatının laureatı olub.
Oxu.Az AzərTAc-a istinadla xəbər verir ki, laureatlar arasında MDB-nin 8 ölkəsindən tanınmış alimlər, rəssamlar, artistlər və ictimai xadimlər, o cümlədən A.P.Çexov adına Moskva Bədaye Teatrının bədii rəhbəri Oleq Tabakov və başqaları var.
Aprelin 16-da Rusiya Dövlət Akademik Böyük Teatrının Bethoven salonunda MDB-nin humanitar sahədə əsas mükafatının - “Birlik ulduzları”nın təntənəli təqdimetmə mərasimi keçirilib.
Dövlətlərarası “Birlik ulduzları” mükafatı MDB-nin Humanitar Əməkdaşlıq üzrə Şurası və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHAF) tərəfindən 2009-cu ildə təsis edilib.
Mükafat hər il elm və təhsil, mədəniyyət və incəsənət sahələrində ən əhəmiyyətli nailiyyətlərə görə təqdim olunur. DHAF-ın İdarə heyətinin sədri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğludur.
Rəylər