Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“Oppenheimer”in təqdimatında şok: Xəbəri eşidən aktyorlar dərhal premyeranı tərk etdilər - FOTO/VİDEO
Dünyanın ən maraqla gözlənilən ekran əsərlərindən biri olan “Oppenheimer”in təqdimatında gözlənilməz hal baş verib. Belə ki, filmin ulduz heyəti tədbiri qəfil tərk edib.
Məlumata görə, buna səbəb ABŞ Kino Aktyorları Gildiyasının (SAG-AFTRA) və Amerika Televiziya və Radio Rəssamları Federasiyasının iyulun 14-də gecə yarısı başlayacaq tətili elan etməsi olub.
Premyeradan ayrılan aktyorlar arasında Killian Mörfi, Robert Dauni Jr., Mett Deymon, Emili Blant, Florens Pyu, Kennet Brana, Rami Malek və başqaları var.
Kinorejissor Kristofer Nolan onların piket üçün afişa hazırlamağa getdiklərini izah edib.
Bundan əvvəl bildirilmişdi ki, SAG-AFTRA tətil edəcək. Aktyorlar tələb edirlər ki, prodüserlər əməkhaqqını artırsınlar, film məzmununun yaradılmasında süni intellektdən istifadəyə məhdudiyyət qoysunlar, əlavə işlərə görə əlavə ödənişlər etsinlər. Ancaq Kino və Televiziya Prodüserləri Alyansı (AMPTP) ilə 12 gün davam edən danışıqlar nəticəsiz başa çatıb.
Tətildə 160 minə yaxın kino və televiziya aktyoru iştirak edəcək. Aktyorlar altıncı həftədir tətil edən 11 000 yazıçıya qoşulacaqlar. Aktyorların etiraz aksiyası 1980-ci ildən bəri ilk olacaq və onun kino sənayesi tarixində ən kütləvi aksiya olacağı gözlənilir.
Onu da qeyd edək ki, “Oppenheimer” “R” yaş reytinqi alıb (17 yaşdan yuxarılar üçün). “Paky Blinders”in ulduzu Killian Mörfinin baş rolda oynayacağı filmin süjet xətti atom bombasının yaradıcısı Robert Oppenhaymerə həsr olunub.
Mənbə: Deadline
Rəylər