Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Orxan Fikrətoğlu: “Mövlud Süleymanlı Azərbaycan nəsrinin son azmanlarından idi”
“İctimaiyyət kimi itirdiyini anlamalıdır”.
Bu sözləri Oxu.Az-a açıqlamasında mərhum Xalq yazıçısı Mövlud Süleymanlının vida mərasimində iştirak edən yazıçı-jurnalist Orxan Fikrətoğlu deyib.
O.Fikrətoğlu yazıçı ilə bağlı xatirələrindən danışıb:
“Azərbaycan ictimaiyyəti, ədəbiyyatı üçün ağır itkidir. O, Azərbaycan nəsrinin son azmanlarından idi. Mifik təfəkkürün, türk düşüncəsinin və türk dilinin Azərbaycanda yaradılmasında böyük körpünün üzərindən keçən yazıçılardan biri idi. Əsərləri mənim rəhbərlik etdiyim kinematoqrafiyada böyük yer alacaq. “Bəyin oğurlanması” filminin də ssenaristi kimi hər kəs onu sevir. Belə yazıçılar azalmaqdadır. İctimaiyyət kimi itirdiyini anlamalıdır. Zaman-zaman xatirəsi anılacaq”.
Nəzrin Vahid
Rəylər