Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Pianoçu Mark Demişin Heydər Əliyev Mərkəzində konserti olacaq
Avqustun 19-da tanınmış amerikalı pianoçu Mark Demiş dünya turu çərçivəsində Heydər Əliyev Mərkəzində "Hərəkət" ("Mouvement") adlı konsert proqramı ilə çıxış edəcək.
Oxu.Az xəbər verir ki, konsertdə Aaron Koplend, Corc Gerşvin, Frederik Şopen, Klod Debüssi kimi məşhur bəstəkarların sevilən əsərləri ifa olunacaq.
Mark Demiş 7 yaşında artıq ilk fortepiano konsertini verib. 19 yaşında isə gənc musiqiçi dünya qastroluna çıxıb. Həmin dövrdə musiqiçi həm də Vyana oğlanlar xoru ilə birgə vokal qrupunun tərkibində çıxış edib.
İfaçının yaradıcı tərcümeyi-halına bir neçə dünya turnesi, yüzlərlə konsert daxildir. Mark Demişin Afrika, Almaniya, Avstraliya, Çin, Hindistan, İsrail, Misir, Niderland, Polşa, Rusiya, Tayvan, Vyetnam, Yaponiya, Yeni Zelandiya, Yunanıstan, ümumilikdə 70-dən çox ölkədə fortepiano konsertləri olub.
Pianoçu hüquqşünas ixtisası üzrə də təhsil alıb və həmin sahə üzrə işləyib. Musiqiçi kimi sənətinə 19 il fasilə verib, amma 2000-ci ilin yayında yenidən səhnəyə qayıtmaq qərarına gəlib.
"Heydər Əliyev Mərkəzi" teqi üzrə xəbərlər
- Rəşad Əzizov: "Film sahəsində 10 milyonlardan söhbət gedirsə, biz də bu rəqəmlərə uyğunlaşmalıyıq"
- Qazaxıstanın baş naziri Heydər Əliyev Mərkəzində olub
- Leyla Əliyeva və Arzu Əliyeva Bəhreynin RAK İncəsənət Fondunda olublar
- MAMA "Ana təbiət" beynəlxalq insəcənət layihəsi Bəhreyndə təqdim edilib
- Heydər Əliyev Mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb