Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Astana şəhərində K.Kuanışbayev adına Milli Musiqili Teatrda etno-caz konserti keçirilib.
Oxu.Az xəbər verir ki, etno-caz konsertində "Zaman" qrupu Vasif Hüseynin "Biri var idi, biri yox idi", "Zaman", Vaqif Mustafazadənin "Bahar", "İmprovizə", Hans Zimmerin "Ulduzlararası" və "Yapuray" qazax xalq mahnısını ifa edib.
Qrupun solistləri Saleh Məmmədov bas gitarada, Eyvaz Həşimov nağarada, Fəqan Rəhmanoğlu nəfəs alətləri və pianoda, bəstəkar, eyni zamanda qrupunun bədii rəhbəri Vasif Hüseyn səhnədə göstərdikləri möhtəşəm performansla qazax tamaşaçılarının gurultulu alqışlarlarına səbəb olublar. Hətta konsertə ayrılan zamanın bitməsinə baxmayaraq, qonaqlar ayaq üstə alqışlarla musiqiçilərdən yeni bir nömrənin ifasını xahiş etdilər.
Konsert olduqca hərarətli və coşqulu keçib.
@oxuaz Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir.
♬ Oxu.az Son Xəbərlər - orijinal ses - Oxu.az Son Xəbərlər
Xanım Aydın
Sentyabrın 24-də Qazaxıstanın Astana şəhərində Azərbaycan Mədəniyyəti Günlərinə start verilib.
Oxu.Az bildirir ki, proqram çərçivəsində ilk tədbir Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasında keçirilib.
Tədbir "Füzuli - 530 misra" adlı kitabının təqdimatından sonra "Füzuli 530" ədəbi-poetik məclisi ilə davam edib.
Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı İlqar Fəhminin moderatorluğu ilə keçən tədbiri Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin Arxiv, sənəd və kitab işi komitəsinin sədri Rustam Ali və Azərbaycan mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov açıq elan ediblər. Daha sonra Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanov, yazıçı Elmira Axundova, şair Fərid Hüseyn, şərqşünas Fəridə Əzizova və digərləri çıxış ediblər.
Poetik gecə musiqiçilər və qiraət ustalarının çıxışları ilə davam edib.
@oxuaz Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinə start verilib
♬ оригинальный звук - Oxu.az Son Xəbərlər
Xanım Aydın
Rəylər