R.A.Mirişlinin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Oxu.Az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi məlumata görə, sərəncamda yazılır:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Ramiz Aqil oğlu Mirişli “Şərəf” ordeni ilə təltif edilsin”.
Aytən Sadıqzadə
www.oxu.az