“Bizim Qurultay bu ay, noyabrda olacaq”.
Bunu “Trend”ə açıqlamasında Xalq artisti Rasim Balayev birləşmiş kino ittifaqlarının sədrliyinə namizəd olduğu barədə xəbərlərə aydınlıq gətirərkən bildirib.
“Mənim indi sədri olduğum ittifaq birləşmiş kino ittifaqlarına sədrliyimi namizəd kimi irəli sürüb. İttifaq üzvləri bu gün toplaşmalıdırlar. Sonra namizədliyim ümumi iclasda səsə qoyulacaq. Hələ kino ittifaqlarının sədri seçiləcəyimi indidən dəqiq demək olmaz. Bu hələ namizədlikdir”, - deyə o bildirib.
12:44
Xalq artisti Rasim Balayev birləşmiş kino ittifaqlarının sədrliyinə namizəd olub.
Bu barədə APA-ya Azərbaycan Kinematoqrafçılar İttifaqından (AKİ) məlumat verilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci ildə yaradılıb və ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Şəfiqə Məmmədovadır. Azərbaycan Kinematoqrafçılar İttifaqı isə 1963-cü ildən fəaliyyət göstərir, ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Rasim Balayevdir.
Bu il iyulun 26-da AKİ və ARKİ birləşəcəkləri barədə birgə bəyanat yayıblar.
Oktyabrın 5-dən etibarən isə Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) ofisində fəaliyyət göstərəcəyini bildirib.