Baku TV-də yayımlanan “Qapqara” verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin budəfəki sayının qonağı şair-bəstəkar Xanım İsmayılqızı olub.
Müasir dövrdə kəmiyyətin keyfiyyəti üstələməsindən gileylənən bəstəkar söyləyib ki, musiqiyə verilən dəyər azalıb:
“Bu gün bir müğənni toya getmək və yaxşı pul qazanmaq istəyirsə, daha çox alıcı olan istiqamətə gedir. Əlbəttə ki, sənət naminə sənət deyib çalışanlar da var. Amma çoxluq dolanmaq üçün həmin kütləyə işləməyə çalışır”.
“Azad qadın” anlayışı ilə bağlı sualı cavablandıran X.İsmayılqızı qeyd edib ki, çox vaxt “azadlıq” sözü anarxiya kimi qəbul edilir:
“Nə istəyirəm, deyim, necə istəyirəm, davranım azadlıq bu deyil. Hər kəsin içində bir senzor olmalıdır. Elə insanlar var ki, onlara müəyyən qadağalar qoyulmalıdır, çünki həddini aşa bilər. Belə olanda onun azadlığı tərbiyəsizliyə gəlib çatır”.
Ətraflı süjetdə:
Şair-bəstəkar Xanım İsmayılqızı: “Musiqiyə verilən dəyər azalıb” - VİDEO
Rəylər