ATV telekanalının “ATV xəbər” proqramının sevilən aparıcısı Samirə Mustafayeva “KinoSınaq” layihəsində tamaşaçılar tərəfindən bəyənilən obrazlardan birini canlandırdı.
Oxu.Az xəbər verir ki, teleaparıcı türkiyəli aktrisa Bergüzar Korelin “Karadayı” serialındakı hakim, yəni “Fəridə” obrazını yaratmağa çalışdı.
Qeyd edək ki, serialın rejissorları Uluç Bayraktar və Cem Karcıdır. Baş rollarda Bergüzar Korel (Fəridə Şadoğlu), Kənan İmirzalıoğlu (Karadayı) və Çetin Tekindor (Nazif Kara) çəkiliblər.
Çəkilişə göstərdiyi köməyə görə “La Studio Beauty Salon”un rəhbərliyi Firuzə Ağayeva və Xanım Həsənovaya təşəkkür edirik. Vizaj üçün Nərgiz xanıma, saç düzümünə görə isə Könül xanıma minnətdarlığımızı bildiririk. Ünvan: Elmlər akademiyası ms-nın yaxınlığı, H.Cavid pr. 55866. Əlaqə nömrələri: (050) 240 41 48, (012) 510 81 30
Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev
www.oxu.az