Müğənni Sehri Rəhimova “KinoSınaq” layihəsində “Belosnejka” (“Mirror Mirror”) filmindəki “Belosnejka” obrazını yaratdı.
Oxu.Az xəbər verir ki, film 2012-ci ildə ekran üzü görüb. Filmin rejissoru Tarsem Sinqdir. Baş rollarda Culiya Roberts (zülmkar kraliça Klementianna ), Lili Kollinz (Belosnejka), Armi Hammer (şahzadə Endryu Olkott) çəkiliblər. Əsl adı “Güzgü, Güzgü” (Mirror, Mirror) olan film fantastik-komediya janrında ekranlaşdırılıb.
Qeyd edək ki, S.Rəhimova eyni zamanda, “Yeni ulduz” müsabiqəsinin iştirakçılarından biri olub.
Çəkilişə göstərdiyi köməyə görə “Face Studio” gözəllik salonundan Balaşa minnətdarlığımızı bildiririk.
Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev
www.oxu.az