İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” pyesi ilk dəfə olaraq Londonda səhnəyə qoyulur.
Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, Aloff teatrı tərəfindən hazırlanan pyesi, ingilis dilinə tearın rəhbəri Sənan Əliyev tərcümə edib. Tamaşanın rejissoru isə Filiz Ozcandır.
Yerli aktyorlar - Doug Devaney, Stephanie Harte, Karl Niklas, Zara Plessard və Helen Coles tərəfindən canlandırılacaq tamaşa, 9-27 sentyabr tarixlərində Lost Theatre-də nümayiş etdiriləcək.
Hazırda repitisiyalar keçən heyət, məşqlərini Londondakı Azərbaycan Evi mədəniyyət mərkəzində davam etdirir.
Videonu BBC Azərbaycanca müxbiri Vüsal Həmzəyev Londondakı “Azərbaycan evi”ndə keçirilən məşqlər zamanı hazırlayıb.