Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov özünün “Twitter” səhifəsində məlumat verib.
Qərar Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında qəbul olunub.
Tarixi bir gün: Mədəniyyət incimiz olan Şuşa şəhəri Türk dünyasının 2023-cü il üçün Mədəniyyət Paytaxtı elan edildi. Gələn il ərzində Şuşanın türk mədəniyyətinin mərkəzi olmasını təntənə ilə qeyd edəcəyik. Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm pic.twitter.com/NZB7MyRUak
— Anar Karimov 🇦🇿 (@Anar_Karim) March 31, 2022