Əməkdar incəsənət xadimi, bəstəkar Tahir Əkbər sentyabrın 9-da Respublika Neyrocərrahiyyə Xəstəxanasında ikitərəfli xroniki baş-beyin substral hematoma xəstəliyindən əməliyyat olunub.
Oxu.Az xəbər verir ki, əməliyyat uğurla keçsə də 70 yaşlı bəstəkarın vəziyyəti sonrdan ağırlaşıb. Hazırda reanimasiyaya yerləşdirilib.
Bu haqda Oxu.Az-a məlumatı bəstəkarın ailəsinin yaxın dostu, şairə Rəsmiyyə xanım verib:
“Hazırda reanimasiyadadır. Xəstəxanada daim onun yanında həyat yoldaşı ilə qızı olur”.
Aytən Sadıqzadə
www.oxu.az