Serbiyalı kinorejissor Emir Kusturitsa Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Rusiya Ordusunun Mərkəzi Akademik Teatrının baş rejissoru vəzifəsini tutmaq təklifini qəbul edib.
Bu barədə Rusiya Federasiyası Müdafiə nazirinin mətbuat katibi Rossiyana Markovskaya məlumat verib.
O bildirib ki, Kusturitsa Rusiya müdafiə nazirinin təklifini qəbul edib, ona göstərdiyi etimada görə təşəkkür edib və dəyərlərin çox tez dəyişdiyi bir dünyada klassik dəyərləri qorumağa çalışacağını vurğulayıb.
Emir Kusturitsa, Kann Film Festivalında iki “Qızıl Palma” da daxil olmaqla, Avropanın böyük kinofestivallarında mükafatlar qazanmış Yuqoslaviya və Serbiya kinorejissoru və kinoaktyorudur. O, “Fəxri Legion ordeni”nin cəngavəri, Serbiya Respublikası Elmlər və İncəsənət Akademiyasının üzvüdür.
Mənbə: TASS