Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

TƏBİB Xalq artisti Naibə Allahverdiyevanın səhhəti ilə bağlı məlumat yayıb - YENİLƏNİB
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Xalq artisti Naibə Allahverdiyevanın səhhəti ilə bağlı məlumat yayıb.
TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Xalq artisti ilə əlaqə yaradılıb, ona zəruri tibbi xidmətin göstərilməsi üçün tibb müəssisəsində müalicəyə cəlb olunması təklif edilib.
Hazırda Naibə Allahverdiyeva TƏBİB-in tabeliyində fəaliyyət göstərən Nizami Tibb Mərkəzinə qəbul olunub, ona zəruri həkim baxışı və müayinələr təyin olunub.
Sağlamlıq vəziyyətinə uyğun olaraq ambulator və ya stasionar müalicəyə cəlb ediləcək.
18:00
"Xəstəxanada deyiləm. Təcili yardım çağırmışam, deyirlər ki, xəstəxanada yer yoxdur".
Bunu Oxu.Az-a halının pisləşdiyi və xəstəxanaya yerləşdirildiyi ilə bağlı məlumat yayılan Xalq artisti Naibə Allahverdiyeva deyib.
O qeyd edib ki, həm qızdırması, həm də təzyiqi var.
"Qızdırmam tez-tez qalxıb-düşür. 38-39 dərəcəyə qalxır. Təzyiqim də eyni qaydada, qalxıb-düşür. 5 saylı Kliniki Xəstəxanaya getmişəm, amma yatmamışam. Hazırda xəstəxana axtarışındayam. Özümü çox pis hiss edirəm".
Əzizə İsmayılova
"Naibə Allahverdiyeva" teqi üzrə xəbərlər
- Naibə Allahverdiyevaya işgəncə verilib
- Keçmiş əri Naibə Allahverdiyevaya zor tətbiq etdi - HƏBS OLUNDU
- Xalq artisti: "Gürcüstanda filmə baxdım, arzuladım ki, kaş Rasim Balayevlə çəkiləydim" - MÜSAHİBƏ + FOTO/VİDEO
- Xalq artisti: "Xaçmazın Yalama kəndində işıqlar sönüb, donuram..."
- Sinəsində şiş aşkarlanan Xalq artisti DANIŞDI