Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Tərk edilmiş kənd, kimsəsiz küçələr, yarımçıq səhər yeməyi: “Nabat” filminin rejissoru danışdı - VİDEO
Konkret zaman və məkan anlayışı olmayan “Nabat” filminin rejissoru film haqqında detallardan danışıb.
Filmin rejissoru Elçin Musaoğlu bildirib ki, bu kinoda bir kəndin dərdi, bir nəfərin dərdidir.
Belə ki, filmdə müharibənin yükü Nabat adlı xalanın çiyinlərindədir.
Bununla barabər rejissorun dialoqlardan az istifadə etməsi, vəziyyəti əşyalar və detallar üzərindən göstərməsi filmin bəşəriliyini artırıb.
Rejissor film haqqında məlumat verib.
O qeyd edib ki, filmdə Nabat yuxusunda şəhid oğlunu ağ atı çimizdirdiyi yerdə görür.
Digər müharibə filmlərimizdə olduğu kimi, bu filmdə də ağ at işıqlı günlərə inamdır.
Rejissor bizə tərk edilmiş kəndi sahibsiz evlərdə, kimsəsiz küçələrdə, yarımçıq səhər yeməyində, döşəməyə dağılmış süddə, bombadan dağılmış evin ortasında yanan çarpayıda göstərir.
Ətraflı Baku TV-nin süjetində:
Rəylər