Prezident təqaüdçüsü əməkdar incəsənət xadimi, xalq artisti kinorejissor Tofiq İsmayılovun yubiley gecəsi keçiriləcək.
Oxu.Az xəbər verir ki, aprelin 26-da Beynəlxalq Muğam Mərkəzində milli kino sənətinin inkişafında xidmətləri olan Tofiq İsmayılovun anadan olmasının 75, sənət fəaliyyətinin 55 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.
Tanınmış elm və incəsənət xadimlərinin, xarici qonaqların da iştirak edəcəyi tədbirdə sənət adamlarının rejissor haqqında fikirləri dinləniləcək, filmlərindən fraqmentlər nümayiş olunacaq.