İyunun 25-dən etibarən “28 Cinema” kinoteatrında dünyada izlənilmə rekordları qıran filmin davamı olan “Transformerlər: Məhv etmək dövrü”nü izləyin.
Hər zaman kino aləminin ən son filmlərini nümayiş etdirən Azərbaycanın premium səviyyəli kinoteatrı “28 Cinema”, hamının səbirsizliklə gözlədiyi filmin yeni hissəsini təqdim edir.
Oxu.Az xəbər verir ki, kinoteatr iyun ayının 25-dən etibarən “Transformerlər: Məhv etmək dövrü” 3D filminin nümayişlərinə start verir.
Filmin yeni hissəsində avtobotlar və deseptikonlar planeti tərk edirlər. İnsanlar isə planeti tikə-tikə yığmalıdır. Bu ərəfədə isə bir qrup böyük biznesmen və dahi alimlər keçmiş səhvlərdən dərs alıb yeni texnologiyanı inkişaf etdirib əvvəlki idarə çərçivəsini genişləndirmək istəyirlər. Bu vaxt digər qrup – güclü qədim transformerlər Yer kürəsini hədəfə alırlar.
“Transformerlər: Məhv etmək dövrü” 3D, transformerlər haqqında bütünlüklə 3D formatında çəkilmiş ilk filmdir.
Biletləri kinoteatrın kassalarından əldə etmək mümkündür. Həmçinin kinoteatrın www.28cinema.az rəsmi saytından onlayn olaraq əldə edə bilərsiniz və ya 012 499 89 88 və 119 nömrəsinə zəng vurmaqla sifariş edə bilərsiniz.
“28 Cinema” kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. “28 Cinema” “PLATINUM MOVIE SUITES” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Blackberry” restoranı və “Cappuccino coffee house” yerləşir.
Aytən Sadıqzadə
www.oxu.az