Qanım aşağı düşdüyündən kimyaterapiya da oluna bilmirəm.
Oxu.Az xəbər verir ki, bunu AzNews-az-a açıqlamasında Azərbaycanın əməkdar artisti, Dövlət Musiqili Teatrın aktrisası Xanım Qafarova deyib.
O bildirib ki, həkimlər ayaqlarının tutulmasını qanının aşağı düşməsi ilə bağlı olduğunu deyiblər:
“Qəfil qanım aşağı düşdü. Bu səbəbdən də səhhətimdə problem yarandı”.
X.Qafarova müalicə məqsədilə ona qan köçürüldüyünü də deyib:
“Əgər qanım qaydasına düşsə bu problem aradan qalxacaq. Qanım aşağı düşdüyündən kimyaterapiya da oluna bilmirəm”.
Qeyd edək ki, Xanım Qafarova onkoloji xəstəlikdən əziyyət çəkir. O, bu xəstəliklə əlaqədar Azərbaycanda 3 dəfə əməliyyat olunub və Türkiyədə vaxtaşırı müalicə kursu alır.