Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ - Sənəd qəbulunun başlanacağı TARİX AÇIQLANDI
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı" çərçivəsində bakalavr və magistratura səviyyələri üzrə xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı 2 aprel 2025-ci il tarixindən etibarən sənəd qəbuluna başlanılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, proqram çərçivəsində audiovizual musiqi, kino (o cümlədən animasiya), videoqrafiya və fotoqrafiya), dəb sənəti, dizayn, kuratorluq, memarlıq, tədbirlərin təşkili, mədəni və yaradıcı sahə üzrə menecment, nəşriyyatlarla işin təşkili, oyun sənayesi, teatr, komediya və performans, yaradıcı texnologiyalar sahələri əsas ixtisaslaşma istiqamətləri kimi müəyyən edilib.
Təqaüd Proqramına müraciət etmək üçün qaydalar və şərtlər barədə məlumatları www.mystart.az saytından, Mədəniyyət Nazirliyinin digər rəsmi informasiya resurslarından və sosial şəbəkə hesablarından əldə edə bilərsiniz.
"Xaricdə təhsil" teqi üzrə xəbərlər
- Azərbaycanın ali təhsili qlobal əmək bazarının tələblərinə cavab verirmi?
- Yalan vədlər verən xaricdə təhsil şirkətləri ilə bağlı əhaliyə MÜRACİƏT
- Deniz Akkayanın 16 yaşlı qızı həbs cəzası aldı
- Ballar, plan yerləri, yeni universitetlər: 2025-ci ildə abituriyentləri hansı yeniliklər gözləyir?
- Ermənistanda hərbi toplanış elan olundu: İrəvan döyüşə hazırlaşır? - Xəbərlərin 20:00 buraxılışı