Azərbaycanın əməkdar artisti Zaur Əmiraslanov dünya şöhrətli müğənni Zeynəb Xanlarovanın ad gününə layihə həsr edib.
Oxu.Az xəbər verir ki, “Zeynəbim” mahnısının müəllifi əməkdar incəsənət xadimi Nailə Mirməmmədlidir.
Azərbaycan SSRİ xalq artisti, Özbəkistan SSR xalq artisti, SSRİ xalq artisti, Azərbaycan SSR Dövlət mükafatı laureatı Zeynəb Xanlarova Azərbaycanın qadın xanəndələri arasında “Çahargah” muğamının ilk ifaçılarındandır. O həmçinin bir sıra mahnıların da müəllifidir.
Xalq artisti “Melodiya firması”nın “Qızıl val” mükafatı, “Şərəf nişanı”, “Xalqlar dostluğu”, “Şöhrət” ordeni, “İstiqlal” ordeni kimi bir sıra mükafatlara layiq görülüb.
Zeynəb Xanlarova həm də uzun illərdir Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.
Aytən Sadıqzadə
www.oxu.az