ABŞ ATƏT-in Minsk qrupunu Qarabağ probleminin həlli üçün ən yaxşı yol hesab edir, lakin qeyd etmək lazımdır ki, bu, vasitəçilik prosesidir və heç kimi heç nəyə məcbur edə bilməz.
Oxu.Az erməni KİV-ə istinadən xəbər verir ki, bunu fevralın 13-də ilk müsahibəsində ABŞ-ın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Riçard Millz bildirib.
Amerika tərəfinin ABŞ-ın strateji tərəfdaşı olduğu barədə bəyanatını nəzərə alaraq, ABŞ-ın Cənubi Qafqaz regionunda hansı ölkəyə ümid bəslədiyi barədə suala toxunan səfir deyib:
“Düşünürəm ki, ABŞ Qarabağ münaqişəsi ətrafında sülh prosesini tam şəkildə dəstəkləyirlər. Münaqişənin həlli zorakılıq yaxud müharibəyə əsaslana bilməz, biz gərginliyin artmasından çox narahatıq”.
ABŞ və ATƏT-in Minsk qrupunun səmdrləri, Riçard Millz davam edib, istənilən zorakılığı pisləyən bəyanatla çıxış edəcəklər, çünki bu, tərəflərin götürdükləri bütün öhdəliklərin pozulması deməkdir.
“ABŞ-ın Azərbaycanla da, Ermənistanla da münasibətləri var. Biz öz tərəfdaşlarımıza deyirik ki, məsələnin həlli yalnız dinc yolla olmalıdır”, - deyə, Riçard Millz vurğulayıb.