Azərbaycan NATO-ya daxil olmaq barədə heç zaman bəyanat verməyib, amma blokun infrastrukturu ölkədə yaxşı inkişaf edib.
Oxu.Az xəbər verir ki, bu barədə RİA “Novosti” agentliyinin mətninə əlavə edilən infoqrafikada deyilir.
Materialda qeyd edilib ki, Qərbi Xəzərin karbohidrogenləri və Rusiyadan yan keçən tranzit gücləri maraqlandırır.
“Bunun üçün NATO Azərbaycan ordusuna və mülki təşkilatlara həm ikitərəfli, həm də çoxtərəfli qaydada nüfuzunu dərinləşdirməyə çalışır”, - infoqrafikada deyilir.
RİA “Novosti” “Hərbi-siyasi infrastruktur və Qərbin Azərbaycanda imkanları” infoqrafikasını sizə təqdim edir.

