“Azərbaycan elektromaqnit impulslu silahlar istehsal edəcək”.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu müdafiə sənayesi naziri Yavər Camalov deyib.
Nazir bildirib ki, silahların istehsalı istiqamətində danışıqlar başlayıb və yaxın illərdə istehsalı nəzərdə tutulub: “Bu silahlar 2 km məsafədə düşmənin radioelektron qurğularını sıradan çıxaracaq”.
Nazir deyib ki, Azərbaycanın əsas məqsədi uzaqmənzilli raketlərin istehsalıdır. Bu istiqamətdə dünyanın hərbi şirkətləri ilə danışıqlar aparılır.
E.Ə.
www.oxu.az