Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirlərinin regional təhlükəsizlik məsələləri üzrə ikinci müşavirəsi keçirilib.
Oxu.Az Gürcüstanın Müdafiə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, görüşdə qeyd olunub ki, üçtərəfli əməkdaşlıq regionda təhlükəsizliyin təmin olunmasına yönələcək.
Gürcüstanın müdafiə naziri Mindia Canelidze, Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Türkiyənin müdafiə naziri İsmət Yılmaz müdafiə sahəsində əməkdaşlığı müzakirə ediblər. Tərəflər hərbi təhsil sahəsində əməkdaşlığa da toxunublar.
Müdafiə nazirləri görüşdən sonra mətbuata açıqlama ilə çıxış edəcəklər.