Fevralın 23-dən 27-dək Vaşinqton şəhərində (ABŞ) Yaxın Şərq və Cənubi Asiya Mərkəzi (NESA) tərəfindən keçiriləcək təhlükəsizlik məsələləri üzrə növbəti seminar, Lvov şəhərində isə (Ukrayna) “Saber Guardian və Rapid Trident-2015” komanda qərargah təlimlərinin əsas planlaşdırma konfransı keçiriləcək.
Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.